Max Jason Mai "Bakı Kristal Zalı"ndakı çıxışında od elementlərindən istifadə edəcək
Slovakiyanın Eurovision 2012 təmsilçisi Max Jason Mai 57-ci Eurovision Mahnı Müsabiqəsinin şüarını öz şousu ilə dəstəkləyir. SİA-nın məlumatına görə, eurovision.az saytı xəbər verir ki, gənc slovakiyalı müğənni rok üslubunda olan "Don't Close Your Eyes" mahnısını od elementləri ilə zənginləşdirmək istəyir. Təmsilçi bunun üçün Bakı səhnəsində od şousu göstərməyə hazırlaşır.
Xatırladaq ki, Slovakiya "Light Your Fire" şüarı altında keçirilən Eurovision Mahnı Müsabiqəsinin mayın 24-dəki ikinci yarımfinalında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB