Niyazinin anadan olmasının 100 illiyinə həsr olunan konsert keçirilib - FOTO
Bu gün dünya şöhrətli dirijor, bəstəkar, xalq artisti Niyazinin anadan olmasının 100 illiyinə həsr olunan konsert keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mənzil muzeyinin müdiri Rza Bayramov iştirakçılara bəstəkar və dirijorun həyat və yaradıcılığından geniş söz açıb. O bildirib ki, Niyazi musiqiçi ailəsində göz açıb: \"Məhz buna görə də uşaqlıqdan musiqinin ecazkar mühiti onu cəlb edib. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olub. Azərbaycan professional musiqi məktəbinin yaradıcısı dahi bəstəkar Üzeyir Hacıbəyov isə onun əmisi olub. Niyazinin Azərbaycan xalq musiqisi və qərb opera və simfonik musiqi ilə ilk tanışlığı da məhz Üzeyir bəyin təşəbbüsü ilə olub\".
Bu kimi tədbirlərin keçirilməsi yüksək dəyərləndirən Niyazi adına 22 nömrəli musiqi məktəbinin direktoru Natiq Vəliyev isə vurğulayıb ki, bugünkü konsertdə məktəbimizin tələbələri bir- birindən maraqlı ifalar səsləndirəcəklər.
Qeyd edək ki, Niyazinin mənzil muzeyində baş tutan konsertdə Bakı şəhəri Musiqi məktəbində təhsil alan beynəlxalq və respublika müsabiqələri laureatları çıxış ediblər. Onların ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB