\"Bizim mahnımız sadəcə Avropadakı ekoloji vəziyyətə diqqət çəkmir…\"

\"Bizim mahnımız sadəcə Avropadakı ekoloji vəziyyətə diqqət çəkmir…\"
Monteneqronun Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Lidiya Bakoviç (Lidija Backovic) ölkə təmsilçisi Rambo Amadeusun \"Euro Neuro\" mahnısına dair maraqlı məqamları açıqlayıb. SİA-nın məlumatına görə, o, mahnının əsas mövzusunun Avropadakı ekoloji vəziyyətlə yanaşı, digər ciddi məsələlərə həsr olunduğunu söyləyib.


Qeyd edək ki, Monteneqro konstitusiyası 1991-ci ildə ölkəni dünyada ilk dəfə olaraq Ekoloji Dövlət elan edib. Ölkədə demək olar ki, heç bir sənaye rayonu mövcud deyil. Monteneqro təmsilçisinin mahnısı ilə bağlı daha ətraflı məlumatı eurovision.az saytında təqdim edirik.


Bütün xəbərlər Facebook səhifəmizdə