İsveç \"Melodifestivalen\"in keçirildiyi məkanı dəyişdirib

İsveç \"Melodifestivalen\"in keçirildiyi məkanı dəyişdirib

İsveçin Eurovision Mahnı Müsabiqəsi üçün təmsilçisinin müəyyən olunduğu və artıq kifayət qədər populyarlıq qazanan \"Melodifestivalen\" yarışmasının keçirildiyi məkan dəyişdirilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu müsabiqənin 2013-cü ildə \"Swedbank Arena\"da təşkil olunmasına qərar verilib.


Müsabiqə təşkilatçıları məkan dəyişikliyinin səbəbini sözügedən yarışmanın ildən-ilə genişlənməsi ilə əlaqələndiriblər. Bu zamana kimi \"Globen Arena\"da keçirilən bu müsabiqə növbəti ildən Solna şəhərində tikilən \"Swedbank Arena\"ya köçəcək.


\"Swedbank Arena\"nın bu ilin oktyabrın 27-də istifadəyə verilməsi nəzərdə tutulur. Arenanın tamaşaçı tutumu 65000 nəfər olacaq. Ölkənin Eurovision Mahnı Müsabiqəsi üzrə yayımçı televiziya kanalı SVT-nin icraçı direktoru Tomas Per Lund bildirib ki, bu müsabiqə İsveçin həyatında mühüm yer tutur. \"Arenanın tamaşaçı tutumundan istifadə edərək bu sevinci daha çox insanlarla paylaşa bilərik\" - deyə Tomas Per Lund bildirib.


\"Melodifestivalen-2013\"ün finalının martın 9-da keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə