Azərbaycanlı dramaturq Əli Əmirlinin "Varlı qadın" komediyası Özbəkistanda səhnəyə qoyulacaq. SİA-nın məlumatına görə, bu barədə Özbəkistan informasiya agentliyi olan "Uzinform"da xəbər dərc edilib. Özbəkistan Respublikasının Fərqanə vilayətində Fərqanə musiqili dram və komediya teatrında nümayiş olunacaq komediya üzərində tamamlama işləri gedir.
Teatrın baş rejissoru, Özbəkistanın xalq artisti, dövlət mükafatları laureatı Məhəmmədsoli Yusupovun dediyinə görə, o həm də baş rollardan birinin ifaçısıdır, premyera yaxın zamanlarda tamaşaçıların ixtiyarına veriləcək. Tamaşada Fərqanə teatrının istedadlı aktyorları Məlahət Tairova, Kamilə Vəliyeva, Ədhəm Kirgizbayev, Akmal Mirzəyev və başqaları çıxış edəcəklər.
Onu da deyək ki, Əli Əmirlinin bu məşhur komediyası ölkəmizin bütün əsas teatrlarında, habelə bir sıra xarici ölkə teatrlarında, o cümlədən Tacikistanın iki teatrında rus və tacik, Qırğızıstanda Bişkek şəhər teatrında rus və qırğız, eləcə də Qazağıstanın iki teatrında rus və qazax dillərində tamaşaya qoyulub. 2011-ci ilin mart ayında isə "Varlı qadın" Mahaçqalada Kumık dövlət musiqili dram teatrında kumık dilində səhnələşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB