Qaytana 7 rəqəminin uğuruna inanır

Qaytana 7 rəqəminin uğuruna inanır

\"Mən hər zaman müxtəlif əlamətləri izləyirəm. Məncə, onlar taleyin göndərdiyi işarələrdir. 7 xoşbəxt rəqəmdir. Belə sürprizlər məni daha çox çalışmağa həvəsləndirir. Bütün Avropaya hərarətli və səmimi bir çıxış hədiyyə etmək arzusundayam\". SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Bakıda keçiriləcək \"Eurovision-2012\" beynəlxalq müsabiqəsindəki təmsilçisi Qaytana (Gaitana) yarımfinalda 7-ci çıxış edəcəyini bildikdən sonra deyib.


\"Eurovision-2012\" mahnı müsabiqəsinin Bakıdan canlı yayımlanan püşkatma mərasimini izləyənlər arasında Ukrayna təmsilçisi Qaytana da olub. Xanım müğənni Ukraynanın \"wildcard\"a yiyələnərək \"Eurovision\" səhnəsindəki çıxış nömrəsini özünün seçmə şansı qazandığına çox sevinib. Təmsilçi rəqəmlərin xüsusi energetikaya sahib olduğuna inanır. Elə ona görə də müsabiqədəki \"Be my guest\" adlı mahnısını məhz ikinci yarımfinalda \"7\" rəqəmi altında ifa edəcəyinə çox şaddır.

Bütün xəbərlər Facebook səhifəmizdə