Rusiyanı 57-ci \"Eurovision\" müsabiqəsində təmsil edəcək \"Buranovskiye babuşki\" qrupunun Bakıdakı çıxış üçün xüsust şou hazırlayıb. SİA-nın məlumatına görə, Rusiya qrupunun Bakı səhnəsinə dekorativ soba ilə çıxacağı məlum olub. Baxmayaraq ki, bu soba dekorativ xarakteri daşıyacaq, nənələr \"Eurovision-2012\" ərəfəsində bütün təmsilçiləri öz bişirdikləri piroqa qonaq etmək niyyətindədirlər. Bununla qrup üzvləri rus qonaqpərvərliyini nümayiş etdirmək fikrindədirlər.
Bununla yanaşı bildirilir ki, artıq rusiyalı nənələrin Bakı şousu və səhnəyə hansı geyimlərdə çıxacağı ilə də bağlı son qərara gəlinib. Bakıdakı şouda Rusiya təmsilçiləri səhnəyə qeyri-adi və bahalı səhnə geyimlərində deyil, öz milli geyimlərində çıxacaqları açıqlanıb. Eləcə də \"Buranovskiye babuşki\" səhnə geyimlərində bahalı zinət əşyalarından və aksessuarlardan deyil, qədim əşyalardan və baş örtüklərindən istifadə edəcəklər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB