\"Buta\" növbəti beynəlxalq festivalda

\"Buta\" növbəti beynəlxalq festivalda

Aprelin 13-dən 22-dək ABŞ-ın Hyuston şəhərində keçiriləcək "World Fest – Houston İnternational" film festivalında Azərbaycanı "Buta" filmi təmsil edəcək. SİA-nın məlumatına görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Butafilm" kino şirkəti ilə birgə ekranlaşdırdığı "Buta" filmi festivalın "Əsas müsabiqə" bölümündə iştirak edəcək və mükafat uğrunda yarışacaq.


2011-ci ildə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri Xamis Muradov və İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir Quliyevdir. Filmdə baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva və başqaları ifa ediblər.


Film 2011-ci ildə "Asiya Oskarı" kimi tanınan "Asian Pasific Screen Award"ın təqdimat mərasimində "Uşaqlar üçün ən yaxşı bədii film" mükafatını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə