\"Hamını may ayında Bakıda gözləyirik\"

\"Hamını may ayında Bakıda gözləyirik\"

Martın 19-20-də Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək 42 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib. SİA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, bu, may ayındakı şou ərəfəsində Eurovision ailəsinin ilk geniş toplantısı idi. İclasda Eurovision Mahnı Müsabiqəsinə hazırlıqlar müzakirə edilib. Eurovision 2012-yə ev sahibliyi edən Bakıya - onun arxitekturasına, sakinlərin qonaqpərvərliyinə, fərqli şouya hazırlıqlara heyran olan qonaqlar hamını may ayında paytaxtımıza səsləyir.

Görüş barədə daha ətraflı məlumatlarla bu linkdə tanış ola bilərsiniz: http://eurovision.az/news/show/430/

Bütün xəbərlər Facebook səhifəmizdə