Eurovision.tv saytında Azərbaycana səyahət silsiləsindən növbəti reportaj yayımlanıb. SIA-nın müsabiqənin rəsmi inetrnet saytına istinadən verdiyi məlumata görə, bu dəfə sayt izləyicilərinə Azərbaycan xalçaları təqdim edilib.
Azərbaycan xalçaları naxışına, rənginə görə seçilir. Bu ilmələrin hər birinin öz mənası və fəlsəfəsi var.
Azərbaycan xalçası təbiətlə insanın təmasından doğan yaradıcılıq məhsuludur. Xalçalar Azərbaycanlıların həyat tərzi, adət-ənənələrindən xəbər verir. Tarixi orta əsrlərədək gedən Azərbaycan xalçaları hələ həmin dövrdə yun, ipək, hətta qızıl-gümüşsaplardan toxunurdu.
Azərbaycan xalçaları öz toxunma üslubuna, bədii xüsusiyyətlərinə görə Quba, Bakı, Şirvan, Gəncə, Qazax,Qarabağ, Naxçıvan,Təbriz kimi əsas məktəblərə bölünür.
Azərbaycan xalçaları 2010–cu ilin noyabr ayındaUNESCO-nun \"Qeyri-maddi Mədəni İrs\" siyahısına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB