Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstan təmsilçilərinin ortaq cəhəti
Avropanın məşhur mahnı yarışmasında ölkəni təmsil etmək! Onların hər birinin ən böyük istəyi budur. Elə bu məqsədlə də müxtəlif illərdə müntəzəm olaraq ölkələrində keçirilən Milli Seçim turlarında iştirak ediblər. Eurovision.az saytı xəbər verir ki, Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın builki təmsilçilərini birləşdirən ortaq cəhət onların Eurovision Mahnı Müsabiqəsi üçün Milli Seçimlərində ardıcıl iştirakıdır.
- Azərbaycanın builki Eurovision təmsilçisiSəbinə Babayeva2008-ci ildən 2011-ci ilədək 4 il ardıcıl olaraq Milli Seçim turlarında iştirak edib. Nəhayət, bu il arzusuna çatıb.
- Xorvatiyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edəcəkNina Badriçdə bu istəklə 4 dəfə (1993, 1994, 1995, 2003) Milli Seçimlərdə çıxış edib.
- Belarusun məşhur\"Litesound\"qrupu isə 6 ildir ölkə təmsilçiliyi uğrunda gedən yarışlarda özünü sınayır. Nəhayət, bu arzu gərgin mübarizədən sonra bu il gerçəkləşib.
- MakedoniyalıKaliopi1996-cı ildə ölkəsini Eurovision səhnəsində təmsil etməyə nail olsa da, 2002-ci ildən yenidən bu arzu ilə Milli Seçimlərə qatılıb. Həmin ildən etibarən 2005, 2009 və 2011-ci illərdə Makedoniyanın Milli Seçimlərində iştirak edib. Bu il bu şərəfli ad ikinci dəfə ona həvalə olunub.
- Anri Joxadze2008-ci ildən Gürcüstanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək istəyir. Elə buna görə də 3 dəfə (2008, 2009, 2011) müsabiqə üçün keçirilən seçimlərdə olub. Lakin o, bu fürsəti məhz 2012-ci ildə əldə edib.
Hazırda Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstantəmsilçilərinin hər biri böyük həyəcanla mayda Bakıda keçiriləcək Eurovision şousuna hazırlaşır.Səbinə Babayeva, Kaliopi, Anri Joxadze, \"Litesound\", Nina Badriçən böyük arzularından birini eyni səhnədə - \"Bakı Kristal Zalı\"nda gerçəkləşdirəcəklər. Onlar eyni arzu ilə bir səhnədə görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB