Heydər Əliyev Sarayında maraqlı “Novruz şənliyi” keçirilib- FOTOSESSİYA

Heydər Əliyev Sarayında maraqlı “Novruz şənliyi” keçirilib- FOTOSESSİYA

Bu gün Heydər Əliyev Sarayının səhnəsində, uşaqlar üçün Respublikanın ən maraqlı və ən geniş "Novruz şənliyi" keçirilib. SİA-nın məlumatına görə, əyləncəli konsert proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri, "Asiman" rəqs kollektivi, "Dəcəl qızlar" mahnı rəqs kollektivi və Ç.Mustafayev adına uşaq yaradıcılıq mərkəzinin kollektivləri iştirak ediblər. Rəqs kollektivlərin ifasında yeni və maraqlı milli rəqslər ( "Yallı", "Şınıx", "Qobustan" və s.), müsalman xalqlarının rəqsləri ( "Dağıstan" "Qazax" və s) və muasir rəqslər nümayiş olunub. Şənlikdə xüsusilə Muğam, Aşıq üçlüyünün ifaları və "Keçəl-Kosa" səhnəciyi uşaqların böyük marağına səbəb olub.

Şənliyin musiqili qonaqları gənc və istedadlı müğənnilər Şölə Səfərəliyeva və Murad Sadıxda öz mahnıları ilə uşaqları salamlayıblar. "Novruz şənlikləri"-nin sonunda uşaqlar möhtəşəm lazer şousunun və bir çox başqa surprizlərin şahidi olublar.

Məlumat üçün bildirək ki, şənlikdə Sarayın dəvəti ilə, Ramanı uşaq evi, "UAFA" təşkilatı, Azərbaycan Əlillər Cəmiyyəti, "Uşaqların Sağlam Gələcəyi" İctimai birliyi, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzindən olan uşaqlar və ailə üzvləri təmannasız olaraq iştirak ediblər.

Qeyd edək ki, Novruz şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA) məxsus idi.

Bütün xəbərlər Facebook səhifəmizdə