Sloveniyanın 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Eva Boto müsabiqə mahnısı \"Verjamem\"i sloven dilində oxuyacaq. SİA-nın məlumatına görə, bu açıqlamanı Sloveniyanın milli yayımçısı \"RTVSLO\" edib.
2007-ci ildə Serbiyaya qalibiyyət gətirən \"Molitva\" mahnısının müəllifi Vladimir Qraiçinin hazırladığı mahnının ifası zamanı Eva Botonu 5 ifaçı - Ana Bezyak, Sandra Feketiya, Katya Koren, Martina Mayerle və Mateya Mayerle müşaiyət edəcək. Verilən mlumata görə, \"Verjamem\" mahnısı xorvat və rus dilində də aranjman oluna bilər.
Qeyd edək ki, ölkə təmsilçisi Eva Boto Bakı səhnəsində mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB