Səbinə Babayevanın mahnısı və internet saytı bu gün təqdim olunacaq

Səbinə Babayevanın mahnısı və internet saytı bu gün təqdim olunacaq

Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi mahnı bu gün təqdim olunacaq. SİA-nın "eurovision.az" saytına istinadən verdiyi məlumata görə, mahnı ilə yanaşı bu gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək. Mahnının rəsmi video versiyası isə martın 19-da nümayiş olunacaq.


Qeyd edək ki, 2008-ci ildən milli seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən milli final konsertində Azərbaycanın builki "Eurovision" mahnı müsabiqəsində təmsilçisi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə