Bərdədə Mədəniyyət və Turizm Nazirliyinin zona müşavirəsi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, rayon mədəniyyət işçiləri və rayon ictimaiyyəti nümayəndələri ilə yanaşı Qarabağ və Aran bölgəsində olan rayonlarının mədəniyyət və turizm şöbələrinin rəhbərləri, habelə kitabxana sistemlərinin, tarix diyarşünaslıq muzeylərinin və rəsm qalereyalarının direktorları da iştirak edib.
Tədbirdə bildirilib ki, Azərbaycan respublikasında 2011-ci ilin turzim ili elan olunması ilə əlaqədar olaraq müvafiq tədbirlər həyata keçirilib. Çıxış edənlər təmsil etdikləri rayonların ötən il müxtəlif müsabiqələrdə iştirakında və qazanılan uğurlardan da söz açdılar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB