San Marinonu \"Eurovision- 2012\"də Valentina Monetta təmsil edəcək- FOTO
Nəhayət ki, sonuncu ölkə də \"Eurovision- 2012\" təmsilçisini seçdi. SİA-nın məlumatına görə, San Marinonun bu ilki müsabiqədə Valentina Monetta təmsil edəcək. Əslən San Marinodan olan Valentina Monetta öz ölkəsində kifayət qədər populyardır. Onun müsabiqədəki mahnısı isə martın 16-da bəlli olacaq.
Qeyd edək ki, San Marino Eurovision Mahnı Müsabiqəsində iki dəfə iştirak edir.
Valentina Monetta Bakı şousunda mayın 22-də keçiriləcək birinci yarımfinalda final mərhələsinə keçmək uğrunda yarışacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB