“Abşeron ritmləri” filminin elektron versiyası hazırlanıb

“Abşeron ritmləri” filminin elektron versiyası hazırlanıb

Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlayıb. Dövlət Film Fondundan SİA-ya verilən məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.


"Abşeron ritmləri" film-konserti 1970-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmişdir. İmran Qasımovun ssenarisi əsasında çəkilən filmin rejissoru Eldar Quliyev, operatoru Rasim Ocaqovdur.


Filmə Azərbaycanın məşhur ifaçıları Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu və başqalarının konsert proqramları daxil edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə