Türkiyəli rejissor: \"Əsas məqsədim yüksək səviyyədə iş görə biləcək gənc kadrların yetişdirilməsidir\"

Türkiyəli rejissor: \"Əsas məqsədim yüksək səviyyədə iş görə biləcək gənc kadrların yetişdirilməsidir\"

Bu gün Nizami Kino Mərkəzində "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın Bakı Film İnstitutunda reallaşacaq treninqləri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən \"Cinema\" Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şəmiyev bidirib ki, ölkədə kinoprodüserlərin peşəkar kurslarının olmaması və bundan yaranan problemləri nəzərə alaraq bu kursların açılmasına qərar verilib: "Bakı Film İnstitutu yaxın gələcəkdə montaj, operator, rejissor və prodüser kurslarını elan edəcək. Onu da qeyd edim ki, 2 ay əvvəl fəaliyyətə başlayan Bakı Film İnstitutu (BFİ) kinoprodüser kursunda 22 tələbə 3 ay ərzində kinoprodüser peşəsinin sirlərini öyrənir. BFİ kinoprodüser kursu Azərbaycanda ilk dəfə olaraq ödənişli əsaslarla fəaliyyət göstərir. Bundan başqa kurslarda yerli və xarici mütəxəssislər də master klaslar keçir. Azərbaycanlı prodüserlərdən Şamil Nəcəfzadə, Nəriman Məmmədov, ƏIi İsa Cabbarov və başqaları bu kurslarda yerli kino bazarı və prodüser sahəsində öz bilgilərinin tələbələrə çatdırırlar".

Türkiyəli prodüser Zeynəb Atakan isə Azərbaycanın kino sahəsi haqqında elə də məlumatlı olmadığı bildirib: "Fehruzun dəvəti ilə Bakıya gəlmişəm. İki ölkənin mədəniyyətlərində çox oxşarlıqlar var. Master klaslardan sonra yeni layihələr də hazırlaya bilərik. Bu günə qədər olan filmlərimi müxtəlif ölkələrlə ortaq olaraq çəkmişəm. Niyə də həmin ölkələrin sırasında Azərbaycanda olmasın. Azərbaycanda peşəkar sənətkarlar olduğu üçün inanıram ki, bundan sonra layiqli gənclər öz işləri ilə sözlərini deyə biləcəklər".

Tələbələr üçün rejissorluq sənətinin sirlərini öyrədəcəyini deyən türkiyəli peşəkar: "Onlara həmçinin rejissorun ancaq sərmayə sahibi deyil, filmin ən aparıcı qüvvəsini olduğu aşılamaq lazımdır. Buraya gəlməkdə əsas məqsədim yüksək səviyyədə iş görə biləcək gənc kadrların yetişdirilməsidir",- deyə bildirib.

Məlumat üçün bildirək ki, Zeynəp Özbatur həm də \"Asiya, Pasifik Kinoforumu\"nun da \"ən yaxşı kinoprodüser\" mükafatına layiq görülüb. Zeynəb Özbatuturun gənc kinematoqrafçılarla görüşü Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi, \"ÖZ\" prodüser mərkəzi və \"Cinema\" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təşkil olunub. Prodüseri olduğu filmIər: \"Bir zamanfar. Anadaluda\" (2011)- rejissor Nuri Bilgə Ceylanla birgə çəkdiyi \"Bir zamanfar. Anadaluda\" (2011) film 64-cü Kann Kinofestivalının Qran-Pri\"sinı qazanıb. Bundan əlavə Asiya-Pasifik Kino Mükafatlarında \"ən yaxşı rejissor\", \"ən yaxşı operator işi\" və Münsiflər Heyətinin böyük mükafatlarına layiq görülüb. Prodüseri olduğu \"Üç meymun\" filmi 61-ci Kann Kinofestivalında \"ən yaxşı rejissor\", \"Asiya Pasifik Skreen Avards\"da və başqa festivallarda \"ən yaxşı rejissor\", \"ən yaxşı film\" nominasiyalarının qalibi olub. \"İqlimlər\"- rejisooru Nuri Bilgə Ceylan olan bu film 2006-cı ildə Kann Film Festivalında, The South Film Festivalında \"Fipiressi\", Oslo Kino mükafatına və bir çox başqa mükafatlara layiq gorülüb. Hazırda Zeynəb Özbatur 2010-cu ildə yaratdığı \"YapımLab\"- istehsalat laboratoriyasında gənclərə prodüser sənətinin sirlərini öyrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə