Azərbaycan Dövlət Rəqs Ansamblının “Odlar Yurdu” adlı konserti keçiriləcək
Heydər Əliyev Sarayında xalq artisti Afaq Məlikovanın rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının "Odlar Yurdu" adlı konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 17-də baş tutacaq konsert iki hissədən ibarət olacaq.
Həmin gün tamaşaçılar Dövlət Rəqs Ansamblının əməkdar kollektivinin ifasında yeni və çox maraqlı proqramda milli, müasir, şərq rəqsləri izləyəcəklər. Səhnədə 55-60 rəqqas çıxış edəcək.
"Odlar Yurdu" adlı konsertin biletləri 10 - 30 manat arasında satışa çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB