Türkiyəli yazıçılara Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatı təqdim olunub
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda türkiyəli yazıçılar – Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, "Qardaş qələmlər" dərgisinin redaktoru Əli Ağbaş və yazıçı-tərcüməçi İmdad Avşara AYB-nin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatının təqdim olunması mərasimi keçirilib.
SİA xəbər verir ki, mükafatın təqdim olunması mərasimində AYB-nin sədri, Xalq Yazıçısı Anar iki qardaş xalqın müştərək ədəbi abidələri haqqında söhbət açıb. O, xalqlarımız arasında ədəbi əlaqələrin möhkəmlənməsinə verdikləri töhfələrə görə Avrasiya Yazarlar Birliyinin sədri Y.Öməroğlu, "Qardaş qələmlər" dərgisinin redaktoru Əli Ağbaş və yazıçı-tərcüməçi İmdad Avşara AYB-nin katibliyinin qərarı ilə ilk dəfə təsis olunmuş Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatını təqdim edib.
Avrasiya Yazarlar Birliyinin sədri Y.Öməroğlu azərbaycanlı yazıçıların Türkiyədə nəşr olunmuş kitabları haqqında məlumat verərək, bir qrup Azərbaycan yazıçısına rəhbərlik etdiyi qurumun üzvlük vəsiqələrini təqdim edib.
Tədbir çərçivəsində Ə.Ağbaşın Bakıda nəşr olunmuş "Seçilmiş şeirləri", İmdad Avşarın "Anamın saatları" nəsr kitabı və onun Türkiyədə çap edilmiş "Övliyyə Çələbinin izi ilə Azərbaycan" kitablarının təqdimatı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB