İsrafil İsrafilov: \"Bu gün bizdə həllini gözləyən problemlərdən biri rejissura məsələsidir\"
"Bu gün bizdə həllini gözləyən problemlərdən biri rejissura məsələsidir. Eləcə də, bir neçə müəllifi çıxmaq şərtilə ölkədə dramaturq qıtlığı var".
SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 27 teatrın hər biri yeni tamaşa qoymaq istəsə, onda 27 müasir mövzulu pyes lazımdır: "Amma bu yoxdur. Aktyor yaradıcılığına gəlincə, bilirsiniz ki, istedadlı olmaq Allah vergisidir. Biz plan qoya bilmərik ki, Mədəniyyət və İncəsənət Universiteti hər il 20 istedadlı aktyor yetişdirsin. Yəni bu məsələ sərəncamla, tapşırıqla alınan iş deyil".
Hazırda teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən İ. İsrafilov, burada nəsillərin dəyişməsi prosesinin qaçılmaz olduğunu deyib: "Bunu təbii qəbul etmək lazımdır. Çünki bütün dövrlərdə bu proses baş verib. Yəni teatrda yeni rejissor, aktyor, o cümlədən tamaşaçı nəsli formalaşır. Amma iş burasındadır ki, cəmiyyətin qapalılığı birdəfəlik yox olub, cəmiyyət dünyaya açılıb. Yeni nəslin teatrlardan estetik tələbi əvvəlki nəsillərlə müqayisədə fərqlidir. Əlbəttə ki, teatr yeni nəslin çağırışlarına cavab verməli və özünün repertuar siyasətini bu tələbləri nəzərə almaqla qurmalıdır. Bu gün biz istəsək də, istəməsək də Avropa mədəni dəyərləri ilə uzlaşan mədəni proses yaşamalıyıq. Çünki sənət adamları olaraq eyni üslublarla, janrlarla işləyirik".
Kadr məsələsinə gəlincə, teatr rəhbəri "təkcə parlaq istedadlar olan rejissorlarımızın mövcudluğu ilə öyünə bilmərik" deyib: "Məsələn, Azərbaycan teatrında Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları olub. Onlar görkəmli sənətkarlar idilər. İndi isə biz rejissor potensialımızla öyünə bilmirik. Bu gün bizdə həllini gözləyən problemlərdən biri rejissura məsələsidir. Demək istəyirəm ki, universitetə daxil olan tələbələrdən yalnız bir neçə nəfəri istedad səviyyəsinə görə qaneedici olur. Bu mənada kadr problemi hələ də qalmaqdadır. Amma biz gələcəyə nikbinliklə baxırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB