\"Eurovision- 2012\"nin ölkəmizdə keçirilməsi ən böyük qələbələrindən biridir\"

\"Eurovision- 2012\"nin ölkəmizdə keçirilməsi ən böyük qələbələrindən biridir\"

\"Eurovision\" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi Azərbaycanın mədəniyyətinin beynəlxalq müstəvidə ən böyük qələbələrindən biridir\". SİA-nın məlumatına görə, bunu Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib.


\"Xalqımız bu qələbə ilə qürur duyur. Biz 9 milyon əhalinin yaşadığı, geosiyasi mövqeyinə görə hər zaman həsəd aparılan bir ərazidə yaşayırıq. Say etibarı ilə az olsaq da, böyük tariximiz var. Tarixin müxtəlif mərhələlərində böyük itkilərimiz olub. Amma xalq olaraq itməmişik, assimilyasiyaya məruz qalmamışıq. Özümüzü, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi, elmimizi qorumuşuq. Dünyada axtarsaq o qədər 9 milyonluq xalqlar var ki, adət-ənənələrini qoruya bilməyiblər. Ümumiyyətlə, hesab edirəm ki, "Eurovision" mahnı müsabiqəsində qazandığımız qələbə epoxal bir hadisədir və bununla yalnız fəxr etmək olar. Burada başqa mülahizəyə yer yoxdur. Bu ilki mahnı yarışmasının Bakıda keçirilməsi isə ölkəmizi dünyada tanınması üçün böyük hadisə olacaq\",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə