\"Mandinga\" qrupunun Eurovision 2012 mahnısının klipi hazırdır. \"Zaleilah\" mahnısı Rumıniyanın builki Eurovision təmsilçisi \"Mandinga\" qrupunun yeni musiqi albomundan ilk kompozisiyadır. SİA-nın məlumatına görə, qrup üzvləri tamaşaçıların təkidini nəzərə alaraq Rumıniyanın Milli Seçimlərinə məhz \"Zaleilah\" mahnısı ilə qatılıblar.
İngilis və ispan dillərində olan mahnı Latın Amerikası ritmlərində yazılıb. Mahnının getdikcə daha da sevildiyini görən \"Mandinga\" musiqiçiləri 2012-ci ilin əvvəllərində klip çəkilişlərinə başlayıblar. Klipin çəkilişləri Birləşmiş Ərəb Əmirliklərində aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB