13 təmsilçi Amsterdamda Eurovision 2012 öncəsi konsertdə çıxışını təsdiqləyib

13 təmsilçi Amsterdamda Eurovision 2012 öncəsi konsertdə çıxışını təsdiqləyib
\"Eurovision 2012\" öncəsi aprelin 21-də Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq \"Eurovision in Consert\" adlı tədbirdə 13 təmsilçi iştirakını təsdiqləyib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün Eurovision fanatlarının müsabiqə öncəsi toplaşdığı bu qala konsert artıq 4-cü dəfədir təşkil olunur.


Keçən il bu tədbirdə 21 ölkə təmsilçisi iştirak edib. Builki müsabiqə öncəsi şouda Fransa, Avstriya, Macarıstan, Ukrayna, Gürcüstan, Sloveniya, Türkiyə, Litva, İsveçrə, Kipr, Niderland, Belçika, San-Marinonun 57-ci Eurovision Mahnı Müsabiqəsi təmsilçiləri olacaq.


Tədbirə Niderlandın Eurovision 1993 təmsilçilsi Ruth Jacott və bu ölkənin məşhur şərhçilərindən Cornald Maas aparıcılıq edəcək.


Konsert çərçivəsində mətbuat nümayəndələri ilə görüş üçün xüsusi vaxt ayırılacaq.


\"Eurovision in Consert\" tədbirinin biletlərinin qiymətləri 26-30 avro civarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə