Novruz Bayramı münasibətilə Səbail rayonu 39 saylı uşaq bağçasında tədbir keçirilib- FOTOSESSİYA

Novruz Bayramı münasibətilə Səbail rayonu 39 saylı uşaq bağçasında tədbir keçirilib- FOTOSESSİYA
Bu gün xalqımızıın milli bayramı Novruz Bayramının ilaxır çərşənbəsi münasibətilə Səbail rayonu 39 saylı uşaq bağçasında tədbir keçirilib. SİA-nın məlumatına görə, uşaqlar müəllimlərin müşayiəti ilə Novruz bayramına həsr olunan mahnılar və rəqs nömrələri ilə çıxış ediblər. Bununla yanaşı, onların ifasında nağıl qəhrəmanlarını canlandırmaları tədbirə daha da rəng qatıb.


Bağçanın rəhbəri Rəhilə Məmmədova bildirib ki, bayram şənliyini keçirməkdə əsas məqsəd balacalarımıza milli adət- ənənələrimizi aşılamaqdır: \"Bayram şənliyində Novruz bayramının əsas rəmzləri sayılan kosa, bahar qızı, keçəl və digər obrazlar öz ifaları ilə bayramın ab- havasını yaşayacaqlar. Körpələrimiz o zaman insanların bayramı necə qeyd etdiklərini bir az da olsa hiss edəcəklər\".


Daha sonra tədbir maraqlı nömrələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə