Bu gün Yunanıstan Eurovision 2012 təmsilçisini müəyyənləşdirəcək. SİA-nın məlumatına görə, təmsilçinin seçilməsi üçün \"River West Department Store\"də Milli Final şousu keçiriləcək. Finalın aparıcıları Maria Kozakou və Giorgos Frantzeskakis olacaqlar. Ölkəni təmsil etmək uğrunda Dora (\"Baby I\'m Yours\"), Cassiopeia (\"Killer Bee\"), Velvet Fire (\"No Parking\") və Eleftheria Eleftheriou (\"Aphrosdisiac\") mübarizə aparacaq.
Qalib tamaşaçılar və münsiflərin rəyi əsasında müəyyən ediləcək. Kipr, Bolqarıstan və Fransanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçiləri və Yunanıstanın müxtəlif estrada ulduzları gecənin xüsusi qonaqları olacaqlar.
Qeyd edək ki, Yunanıstan təmsilçisi 57-ci Eurovision Mahnı Müsabiqəsində mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB