Türkiyənin \"Eurovision 2012\" təmsilçisi Can Bonomonun \"Love Me Back\" mahnısının klip çəkilişləri başa çatıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir dənizçinin dənizə heyranlığı və sevgilisinə olan məhəbbətindən bəhs edən bu mahnı Can Şabanın rejissorluğu ilə çəkilib.
Türkiyənin Eurovision 2012 təmsilçisi ilə çalışan yaradıcı qrupdan verilən məlumata görə, ARRI Alexa kamerası ilə həyata keçirilən çəkiliş prosesi 3 məkanda-İstanbul Universitetinin rektorluq binası, Marina və Yerebatan Sarnıcında aparılıb. Çəkilişlər 2 gün davam edib. Ümumilikdə, heyət çəkiliş meydanında 30 saat işləyib.
Klipdə 80-dən artıq aktyor çalışıb. Çəkilişlər zamanı 200 kostyum istifadə olunub.
Klip martın 15-də televiziyalarda və internetdə yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB