“Leyli və Məcnun” ilk dəfə olaraq audio versiyada hazırlanır - EKSKLÜZİV
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə olaraq audio versiyada hazırlanır. Bunu SİA-ya açıqlamasında operada Məcnun rolunun mahir ifaçısı xalq artisti Mənsum İbrahimov bildirib.
Onun sözlərinə görə, layihə Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur: "Azərbaycan Milli Konservatoriyası ilə birlikdə reallaşacaq layihənin orkestr yazılışları və xor hissəsi artıq başa çatıb. Tərəf müqabilim isə xalq artisti Nəzakət Teymurova olacaq. Audio lent yazısına başlanılıb. Düşünürəm ki, bu çox lazımlı bir iş idi. İlk dəfə olaraq bu işi həyata keçirəcəyik".
"Televiziya və radio üçün həmişə tamaşadan olan səslər yazılırdı. Bu da istər- istəməz tamaşadan olan ayaq və tamaşaçı səsləri eşidilirdi. Ancaq indi ilk dəfədir ki, nazirlik tərəfindən studiya səviyyəsində audio disk hazırlanacaq",- deyə xalq artisti əlavə edib.
Layihənin 1 aya tamamlanacağını deyən M. İbrahimov bildirib ki, Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsinə kimi audio disk hazır olacaq. Çünki bu bizim milli operamız olmaqla yanaşı, Şərqin ilk operasıdır. Hər zaman bu operaya müxtəlif formalarda müraciət olunub. Çox sevinirəm ki, bu layihədə Məcnun partiyasını ifa edəcəyəm. Böyük layihəmiz budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB