Namiq Qafarov: “Artıq gənclərimiz teatlara maraq göstərirlər” - MÜNASİBƏT
Sumqayıt şəhər teatrında Azərbaycanın çox görkəmli aktorları çalışıb. Teatrımızın uğurları müvəfəqiyyətlə davam etdirilir. Biz Mədəniyyət idarəsi olaraq hər zaman teatrlarla əməkdaşlıq edirik. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov, Sumqayıtda teatrların hazırki vəziyyətinə münasibət bildirərkən söyləyib.
İdarə rəisi dedi ki, ötən illərlə müqayisədə Sumqayıt teatrında yenidənqurma və əsaslı təmir işləri aparılıb: "Bu həmçinin teatrlarla bağlı Dövlət Proqramında da öz əksini tapıb. Muasir texnikaların, istilik, kondisioner sistemlərinin quraşdırılması vacib olan məsələlərdəndir. Biz şəhərdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirik".
N.Qafarovun sözlərinə görə, son illər Sumqayıt teatrında çox ciddi repertuar qurulub: "Təkcə bu illəri 7 dövlət sifarişi ilə tamaşalar hazırlanmalıdır. Biz çalışırıq ki, hər vasitə ilə Sumqayıt teatrının normal fəaliyyətini davam etdirək. Biz tamaşaçı sarıdan korluq çəkmirik. Həmçinin tamaşaçıların məcburi şəkildə teatrlara gətirilməsi tendensiyası yoxdur. Bütün tamaşalarımızda tam olmasa da yarıdan çox tamaşaçının teatrlarımıza gəldiyinin şahidi oluruq. Ən təqdirəlayiq hal ondan ibarətdir ki, artıq gənclərimiz teatlara maraq göstərirlər. Belə ki, sosial şəbəkələr vasitəsilə filmlərin, tamaşaların reklamı olunur. Bununla da gözlədiyimizdən xeyli sayda gənclər teatrlara gələrək tamaşaları seyr edirlər. Bizdə reklam işləri o qədər də inkişaf etmədiyindən təbliğat işləri demək olar ki, zəifdir. Amma buna baxmayaraq yaxın gələckdə reklamla bağlı olan bütün məsələlər aradan qaldırılacaq ki, bu da teatra gələnlərin sayını artıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB