Monteneqronun builki Eurovision təmsilçisi, 48 yaşlı Rambo Amadeus müsabiqədəki mahnısını ilk dəfə martın 14-də ifa edəcək. SİA-nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, müğənni elə həmin gün Belqradda bir elmi tədbirə dəvətlidir. Nevrologiya mövzusunda təşkil edilən tədbirin əsas iştirakçıları arasında Belqradın biologiya və bioloji tədqiqatlar İnstitutunun tələbələri də olacaq.
Məlumata görə, Rambo Amadeus həmin tədbirdə repertuarından bir neçə mahnını, o cümlədən \"Euro-Neuro\"nu da ifa edəcək. Qəribəliyi sevən Rambo Amadeus mahnısının rəsmi təqdimatını da fərqli etmək fikrindədir.
Qeyd edək ki, Monteneqro təmsilçisi Bakıdakı Eurovision səhnəsində mahnısını mayın 22-də, birinci yarımfinalda səsləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB