Bu ilin mayında Avropa Yayımları Birliyinin (EBU) təşkilatçılığı ilə daha bir mötəbər musiqi müsabiqəsi keçiriləcək. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Eurovision Gənc Musiqiçilər 2012" ("Eurovision Young Musicians 2012") layihəsidir.
Mayın 5 və 6-da müsabiqənin yarımfinal, mayın 11-də isə finalı keçiriləcək. Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq müsabiqədə 14 ölkə iştirakını təsdiq edib. Bu layihədə Almaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Gürcüstan, Yunanıstan, Niderland, Norveç, Polşa, Sloveniya, Ukrayna və Ermənistan musiqiçiləri təmsil olunacaq.
Qeyd edək ki, "Eurovision Young Musicians" ilk dəfə 2000-ci ildə, sonra 2010-cu ildə keçirilib. 2010-cu ildə müsabiqənin qalibi Sloveniya musiqiçisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB