Gəncə Dövlət Dram Teatrında Milli Teatr günü qeyd olunur

Gəncə Dövlət Dram Teatrında Milli Teatr günü qeyd olunur

Gəncə Dövlət Dram Teatrında Milli Teatr günü qeyd olunub. SİA-nın bölgə müxbirinin teatrın direktoru Əli Qasımova istinadən verdiyi məlumata əsasən, qeyd olunan günlə bağlı sözügedən mədəniyyət ocağında Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" əsəri oynanılıb. Tədbirdən öncə ölkənin teatr tarixinə nəzər salınıb.

Qeyd edək ki, təkcə Gəncə Dövlət Dram Teatrı 117-ci mövsümünü yaşayır.


İlham Məmmədov





Bütün xəbərlər Facebook səhifəmizdə