Böyük Britaniyanın \"Eurovision 2012\" mahnısı hazırdır

Böyük Britaniyanın \"Eurovision 2012\" mahnısı hazırdır

Böyük Britaniyanın Eurovision 2012-dəki təmsilçi Engelbert Humperdinckin müsabiqə mahnısı artıq hazırdır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, ölkəsini \"Grammy\" mükafatçısı Martin Terefe və Ivor Novello Marinin adı hələ açıqlanmayan mahnısı ilə təmsil edəcək.


Böyük Britaniyanın Eurovision 2012 təmsilçisi müsabiqədəki qalibiyyətinə əmindir. Onunla birgə işləyən komanda 75 yaşlı ulduzun Bakı səhnəsində bir daha parlayacağına inanır.


Qeyd edək ki, 4 dəfə \"Grammy\" mükafatçısı olan, 45 illik musiqi təcrübəsinə malik və bu müddət ərzində 150 milyon nüsxədə səs yazısı satılan Engelbert Humperdinck səhnəyə mayın 26-da, müsabiqənin final mərhələsində çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə