“Eurovision-2012”də iştirak edən ölkələrin promo-videoların çəkilişlərinə başlanılıb
"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı hər ölkənin çıxışından əvvəl nümayiş etdiriləcək promo-videoların çəkilişlərinə başlanılıb. SİA-nın məlumatına görə, bunu "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand builki müsabiqənin rəsmi internet saytına açıqlamasında deyib.
O bildirib ki, bu dəfə ölkələr haqqında daha çox məlumatlar olacaq: "Həm də bu yalnız turizm əhəmiyyətli video olmayacaq. Bura çoxlu texniki yeniliklər də əlavə edilib. Videolarda daha çox fərqlilik, müasirlik və qədimlik öz əksini tapacaq. Bu isə Azərbaycanı insanlara göstərəcək. Onları bu ölkənin mədəniyyətinə yaxınlaşdıracaq".
Bununla yanaşı, o bildirib ki, müsabiqə ilə bağlı hələ görüləcək çox iş var: \"İndiyədək müəyyən olunan təmsilçilərin çox fərqli olduğunu görürəm. Müxtəlif yaşdan nümayəndələr var və bu, maraqlı mənzərədir. Yaşlı ifaçılardan ən cavan iştirakçılaradək hamısı fərqliliyi ilə seçilir. Təbii ki, bütün iştirakçıların bəlli olması üçün daha bir həftə gözləməliyik. Ümid edirəm ki, sonda çox keyfiyyətli və rəngarəng şou alınacaq".
Müsabiqə rəhbəri onu da vurğulayıb ki, "Eurovision-2012" səhnəsinin konsepsiyası ilə bağlı hər hansı açıqlama verə bilməz, lakin hazırlıqlar quruluş və dizayn baxımından möhtəşəmdir: "Xüsusilə elementlərin istifadəsi, işıqlandırma sistemi, işıq konsepsiyası. Bu il insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər. Onlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər. Alov elementləri, şüar haqqında çox danışmışıq. Əlbəttə, şouda hərarət görəcəyik, Azərbaycana xas olan bir şou izləyəcəyik. İşçi heyəti bununla da insanlara özünəməxsusluğu nümayiş necə nümayiş etdirmək olar mesajını verəcək. Çox həyəcanlı olacaq".
Jurnalistlərin akkreditasiya prosesindən də danışan Y. O. Sand bu prosesin əvvəlki illərdə olduğu kimi aparılacağını söyləyib.
Qeyd edək ki, "Eurovision" müsabiqəsinin İşçi Qrupu ilə Avropa Yayımları Birliyi (EBU) nümayəndələrinin görüşü olub. Tədbirdə Bakıda keçiriləcək "Eurovision 2012"-yə son hazırlıq işləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB