Fransanın mədəniyyət naziri Bakıya gəlir

Fransanın mədəniyyət naziri Bakıya gəlir

Fransanın mədəniyyət naziri Frederik Mitteran bu gün Bakıya ikigünlük səfərə gəlir. SİA-nın məlumatına görə, sabah fransalı nazirin iştirakı ilə Bakı İncəsənət Muzeyində \"Plaisirs de France\" adı altında Fransa tətbqiqi sənət incilərindən ibarət sərginin açılışı olacaq.

Sərginin açılışı haqqında razılaşma ötən il Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla Parisdə görüşü zamanı əldə olunub.

2 ay nümayiş olunacaq sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə