İrlandiyanın \"Eurovision 2012\" təmsilçisi - "Jedward" dueti fanlarına "Waterline" adlı Eurovision mahnısının yeni kompakt diskini bağışlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup pərəstişkarlarına belə müraciət edir: "Milyon dəfə qulaq as və hər zaman gülümsə!"
20 yaşlı İrlandiyalı əkiz qardaşlardan ibarət duet müsabiqə hazırlıqları ilə yanaşı, yeni musiqi albomu üzərində də çalışır, eyni zamanda Avropa turlarını davam etdirir. İrlandiya təmsilçiləri İsveç, Almaniya, Avstriya, Finlandiya və Estoniyada konsert proqramı verməyə hazırlaşır. Milli finalda qazandıqları qalibiyyətdən sonra onlar vaxt tapıb, "Cinderella" tamaşası və Böyük Britaniyada uşaqlar üçün təşkil olunan televiziya şou proqramda iştirak ediblər.
Əkizlər martın 10-da milli finalçılara dəstək olmaq üçün Rumıniyaya yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB