İçərişəhərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı aksiya keçirilib - FOTO
B gün "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi və "Gazelli İnternational ltd" şirkətinin təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə İçərişəhərdə maraqlı aksiya keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvləri pulsuz olaraq xanımların rəsmlərini çəkiblər.
Aksiyaya qoşulan hər bir qadına onun rəssam tərəfindən çəkilən dostluq şarjı, qızılgül və "Qazelli İnternational ltd" şirkətinin hədiyyə kuponları təqdim olunub.
"İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB