Slovakiya \"Eurovision- 2012\" təmsilçisini açıqlayıb

Slovakiya \"Eurovision- 2012\" təmsilçisini açıqlayıb

Slovakiyanın "Eurovision" mahnı müsabiqəsi üzrə milli yayımçısı "RTVS" kanalı bu ölkənin mayda Bakıda keçiriləcək yarışmada təmsilçisinin adını açıqlayıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəni təmsil edəcək Max Jason Mai (Miro Şmayd) "Don’t Close Your Eyes" ("Gözlərini bağlama") adlı mahnını ifa edəcək.


Max Jason Slovakiyada və qonşu ölkələrdə kifayət qədər populyar sənətçi sayılır. "RTVS"in rəsmisi Andrey Miklanek, deyib ki, seçim çox çətin olub, amma onlar builki iştiraklarına müsbət yanaşırlar: "Çox istərdik ki, Slovakiyanın adını finalda görək".


Qeyd edək ki, keçən il ölkəni iki əkiz bacıdan ibarət "TWiiNS" qrupu təmsil edib, amma onların çıxışı uğursuz olub. Slovakiya təmsilçisi Bakı səhnəsində mayın 24-də keçiriləcək ikinci yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə