Ermənistan \"Eurovision- 2012\"də iştirak etməyəcək

Ermənistan \"Eurovision- 2012\"də iştirak etməyəcək

Bu gün Ermənistan Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak etməyəcəyi ilə bağlı ölkənin İctimai Televiziyası Avropa Yayım Birliyinə rəsmi məktub göndərib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müsabiqənin rəhbəri (Executive Supervisor) Yan Ola Sand bu qərarı belə dəyərləndirib: "Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. EBU-nun səylərinə baxmayaraq bəzi bizdən asılı olmayan səbəblərə görə, onlar bu qərarı qəbul ediblər".


Beləliklə, Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək. Hər yarımfinalda 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. "Böyük beşlik" ölkələri və keçən ilki qalib Azərbaycan isə birbaşa finalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə