Bəstəkar İttifaqında Elmira Abasovanın 80 illiyi qeyd olunub

Bəstəkar İttifaqında Elmira Abasovanın 80 illiyi qeyd olunub
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli müsiqişünas-alim, əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 80 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə professor Elmira Abasova barədə xatirələrini bölüşüb.


Daha sonra əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Zemfira Qafarova "Üzeyir Hacıbəyli irsi Elmira Abasovanın əsas tədqiqat mövzusu kimi", əməkdar incəsənət xadimi, professor Oqtay Abasquluyev "Elmira Abasovanın çoxşaxəli fəaliyyəti barədə düşüncələr", AMEA-nın müxbir üzvü, sənətşünüslıq doktoru Rəna Məmmədova "Elmira Abasovanın elmi işlərində milli özünəməxsusluq problemi", Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva "Elmira Abasovanın elmi nəzəri yaradıcılığı", Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə "Azərbaycan musiqi elmində Elmira Abasovanın ardıcılları", sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova "Elmira Abasovanın pedaqoji fəaliyyəti" mövzusunda məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə