Qadınlar Gününə həsr olunan “Gözəllik nuru” adlı sərgi və konsert keçirilib
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxışında vurğulayıb ki, bugünkü tədbir zərif cinsin nümayəndələri üçün gözəl bir bahar hədiyyəsi olacaq.
Qonaq qismində iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan Şərqin ilk müsəlman ölkələrindən biridir ki, Beynəlxalq Qadınlar Gününü qeyd etmək ənənəsi artıq neçə illərdir davam edir: \"Azərbaycanın qadın rəssamlarının əl işləri təkrarolunmazdır\".
Konsertdə həmçinin Azərbaycan musiqiçilərinin - xalq artistləri Murad Adıgözəlzadə, Murad Hüseynovun ifasında musiqi səsləndirilib. Konsertdən sonra sərginin açılışı olub. Müxtəlifliyi ilə seçilən ekspozisiyada tanınmış görkəmli rəssamların və incəsənətdə ilk addımlarını atan gənclərin işləri - rəsm, heykəltaraşlıq, foto, qrafika və gəlinciklər təqdim olunub.
Layihənin müəllifi və kuratoru Milli Musiqi Şurasının prezidenti UNESCO yanında sənətşünaslıq doktoru Lalə Kazımovadır.
Məlumat üçün bildirək ki, tədbirin təşkialtçıları Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi və Milli Musiqi Şurasıdır.
Qeyd edək ki, sərgidə Azərbaycan rəssamlarından 53 müəllifin 66 rəsm, 14 heykəltəraşlıq, 33 foto əsəri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB