Latviya təmsilçisi Anmari (Anmary) Eurovision tanıtım materialları və "Beautiful song" mahnısının disk versiyası üçün fotosessiya keçirib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Anmari yeni obrazını köhnə dostu fotoqraf Aigars Altenbergə etibar edib. Onun səhnə imici üzərində İveta Surm və Baiba Bindemane işləyib. "Sadə… Sərbəst… Bir az nazlı və cazibədar"! Anmarinin yeni səhnə obrazını belə səciyyələndirmək olar.
Bu həftədən Anmarinin Eurovision səhnəsində oxuyacağı "Beautiful song" mahnısının klip çəkilişlərinə də start veriləcək. Klipə Aija Strazdina rejissorluq edəcək.
Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti və yağan güclü qar ölkə təmsilçisi Can Bonomonun klip çəkilişlərinə mane olmayıb. Yaradıcı heyət var gücü ilə çalışır. Onlar "Love me back" mahnısının klip çəkilişlərini yekunlaşdırmaq üzrədirlər. Günlərin necə keçdiyini bilməyən Can Bonomo klipin vaxtında, martın 10-dək təhvil veriləcəyinə inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB