Azərbaycanın “Eurovision-2012” mahnısı iki həftəyə təqdim olunacaq

Azərbaycanın “Eurovision-2012” mahnısı iki həftəyə təqdim olunacaq

Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır. SİA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, Səbinə Babayevanın "Eurovision" mahnısı yaxın iki həftə ərzində təqdim olunacaq.


Xatırladaq ki, Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın "Eurovision 2012" təmsilçisi seçilib.


Azərbaycan təmsilçisi 57-ci "Eurovision" mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə