Martın 10-da Sankt-Peterburq Opera Teatrında Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının növbəti yığıncağı keçiriləcək. Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə martın 9-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev yığıncaqda iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Assosiasiyanın ümumi yığıncağında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Rusiyaya qastrolları, Assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və Rusiya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB