İtaliyanı \"Eurovision 2012\"də təmsil edəcək Nina Zillinin may ayında Bakıda keçiriləcək şoudakı mahnısı təsdiqlənib. SİA-nın məlumatına görə, müğənni "Bakı Kristal Zalı"nın səhnəsində Sanremo musiqi festivalında oxuduğu "Per Sempre" mahnısını səsləndirəcək. Hazırda mahnının yeni aranjmanı üzərində iş gedir.
Qeyd edək ki, Nina Zilli Bakıda ifa üçün 3 mahnı təqdim etmişdi. "Per Sempre" tamaşaçı rəğbəti və münsiflərin səs çoxluğunu qazandığından müğənni Azərbaycana bu mahnı ilə gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB