İsveçdə “Melodifestivalen”in finalçılarının adı açıqlanıb

İsveçdə “Melodifestivalen”in finalçılarının adı açıqlanıb

İsveçin \"Eurovision 2012\" təmsilçisinin seçilməsi üçün keçirilən Milli Seçim Turu - "Melodifestivalen"in finalçıları məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 10-da baş tutacaq Milli Finalda 10 iştirakçı təmsilçilik adı uğrunda yarışacaq.


Qeyd edək ki, İsveç Eurovision Mahnı Müsabiqəsi 2012-də mübarizəyə mayın 24-də keçiriləcək ikinci yarımfinaldan başlayacaq. Keçən il bu ölkəni Eric Saade "Popular" adlı mahnı ilə təmsil etməklə 3-cü yeri tutub. Ümumilikdə isə İsveç Avropanın bu nüfuzlu musiqi müsabiqəsinin 4 dəfə qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə