İspan təmsilçisi \"Eurovision- 2012\"də “Mənimlə qal” deyəcək

İspan təmsilçisi \"Eurovision- 2012\"də “Mənimlə qal” deyəcək

İspaniyanın \"Eurovision-2012\"dəki təmsilsiçi Pastora Solerin ifa edəcəyi mahnı bəlli olub. SİA-nın məlumatına görə, münsiflərin və tamaşaçıların rəyi ilə Pastora Soler Bakı səhnəsində "Quedate Conmigo" ("Mənimlə qal") adlı mahnını ifa edəcək.


2011-ci il dekabrın sonlarında İspaniyanın təmsilçisi kimi seçilən gənc sevilyalı müğənni üç mahnı təqdim edib. Münsiflər və tamaşaçılar "Quédate Conmigo", "Tu Vida Es Tu Vida" və "Ahora O Nunca" arasından bir mahnını daha çox bəyənib. Həmin kompozisiya-"Quedate Conmigo" İspaniyanın Eurovision 2012 mahnısı seçilib.


Qeyd edək ki, İspaniya birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə