Xəbər verdiyimiz kimi, bu ilin mayında Bakıda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsi ərəfəsində - aprelin 21-də Amsterdamda reallaşacaq "Eurovision in Consert" layihəsində çıxış etmək istəyənlərin sayı artır.
Eurovision.az saytına istinadla xəbər verilir ki, bütün "Eurovision" fanatlarının müsabiqə ərəfəsində toplandığı bu qala konsertdə daha 4 ölkənin təmsilçisi çıxışını təsdiqləyib. Bunlar "Eurovision-2012" yarışmasının iştirakçıları - Eva Boto (Sloveniya), "Compact Disco" qrupu (Macarıstan), Qaytana (Ukrayna) və Anri Jokadzedir (Gürcüstan).
Bundan əvvəl Şimali Kipr, İsveçrə, Türkiyə və San Marinonun builki "Eurovision" təmsilçiləri layihədə iştirak edəcəklərini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB