İsrailin \"Eurovision- 2012\" təmsilçisi \"İzabo\" qrupunun Bakı səhnəsində ifa edəcəyi "Time" mahnısı təqdim olunub. SİA-nın məlumatına görə, \"Time\" mahnısı pop və oriyental tərzdədir. Mahnı ingilis və ivrit dillərində ifa olunur.
\"İzabo\" rok qrupudur və 1989-cu ildə yaradılıb. Qrup 4 musiqiçidən: Ran Şem-Tov (vokal və gitara), Şiri Hadar (keyboards), Conatan Levi (bas gitara) və Nir Mantzurdan (zərb alətləri) ibarətdir. \"İzabo\"nun solo ifaçısı Ran Shev Tom Eurovision Mahnı Müsabiqəsində təmsilçilik şansı qazanmalarından qürurlandıqlarını deyib.
İsrail təmsilçisi Bakı səhnəsində mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB