Sumqayıtda “Həyatın iki üzü” adlı sosial filmin təqdimat mərasimi keçiriləcək
Sabah Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində "Həyatın iki üzü" adlı sosial filmin təqdimat mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, filmdə alkoqolizm xəstəliyindən əziyyət çəkən ailənin acı taleyindən və xoşbəxt ailənin müqayisəsindən bəhs olunur. Təqdimat mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının nümayəndələrinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Universitetinin tələbə və müəllim heyətinin, Qızıl Aypara Cəmiyyətinin, şəhərin bir sıra
qeyri-hökumət təşkilatlarının, şəhər ictimaiyyətinin, ziyalı və valideynlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, 21 dəqiqəlik filmin filmin quruluşçu rejissoru Ramin Sultan, ssenari müəllifi isə Rəşad Talehoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB